Niyə məhz sol əl

Cütlüklər nişan üzüklərini sol əlin dördüncü barmağına taxmağa vərdiş ediblər. Düzdür, bəzi bölgələrin ənənələrinə görə nişan üzüyü sağ ələ taxılır, buna baxmayaraq yenə də çoxluq sol əlin dördüncü barmağına üstünlük verir.

Bəs nişan üzüyünün niyə məhz həmin barmağa taxıldığını bilirisinizmi? Çünki bu, keçmişdən qalan və indi də davam etdirilən bir adət-ənənədir. Hazırda Amerika, Kanada, Yaponiya, Hindistan və Qərbi Avropada evlilik üzükləri kişi və qadınlar tərəfindən sol əlin dördüncü barmağına taxılır.     


Ardı →

XOŞBƏXTLİK HALQALARININ HEKAYƏSİ


Nişan üzüyü, ailə quran zaman bəy və gəlinin bir-birlərinə bağışladıqları üzükdür. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir. Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə bir şey üst-üst düşür ki, nişan üzüyü adsız barmağa taxılır. Bu da ürəyə aparan damarın məhz bu barmağdan keçməsi ilə əlaqələndirilir.


Ardı →

Nişan üzüyü seçmək üçün məsləhətlər

  • Sevgi
Nişan üzüyünü seçmək yəqinki çoxlarını düşündürür. Belə ki, 2 əsas sual alıcı qarşısında durur, mən hansı üzüyü istəyirəm və barmağıma uyğun ölçüdə üzük tapmaq mümkün olacaqmı.Nişan üzüyünü düzgün seçmək üçün hər şeydən öncə bilmək lazımdır ki, barmağın ölçüsü havadan (qış/yay, isti/soyuq, nəm/quru) və sutkanın hansı saatı olmasından asılı olaraq dəyişir.  Məsələn soyuq barmaqların ölçüsünün alınması dəqiq nəticə verməyəcək, çünki soyuq havada barmaqlar ensiz olur. Eyni zamanda duş qəbul etdikdən sonra, idmanla məşğul olduqdan sonra, ağır yük və ya çantaların daşınmasından sonra, həmçinin çoxlu maye qəbul etdikdən sonra barmaqların dəqiq ölçüsünü götürmək mümkün deyil. Buna görə də üzük seçən zaman yuxarıda sadalanan hallardan qaçmağa çalışın.
Ardı →

Nişan üzüyü.

İllərin üstünə illər qalanır. Bu illər qalandıqca düşünürsən ki, geridə nə qədər gün buraxmısan, hərçənd ki, hər gün qalanıb, külə dönüb gedir, amma, izləri mütləq qalır. Xatirələr izn vermir ki, həyəcanla, maraqla keçmiş anlarımz undula. Nə yaxşı ki!

Ömür turunda çox işlərə imza atırıq. Belə imzalardan biri də insanları bir könüldən digərinə bağlayan yollardır və bu yolda pillə-pillə dayanacaqlar var. Belə dayanacaqlardan biri də nişan törənidir.
Biri digərini sevir, elçisini göndərir, “hə”-ni alır və sionra da haydi nişan, haydi toy! Söz ki, nişan mərasimindən düşdü, burda mütləq ki, söhbət üzükdən gedəcək. Elə mövzum da “nişan üzüyü” barəsindədir.


Ardı →